“PAŞA Həyat Sığorta” 3-cü rübdə 41 milyon manatdan çox xalis mənfəət əldə edib

“PAŞA Həyat Sığorta” ASC 2026-cı ilin ilk 9 ayını 41 milyon 147 min manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin müvafiq dövrü (40.16 milyon manat) ilə müqayisədə 989 min manat və ya 2.5% artım deməkdir.

Bu barədə sığorta şirkətinin 30 sentyabr 2026-ci ilə olan maliyyə göstəricilərinə istinadən xəbər verilir.

“PAŞA Həyat Sığorta”nın cəmi gəlirləri illik müqayisədə 123.30 milyon manat artaraq 527.86 milyon manatdan 651.15 milyon manata yüksəlib. Əsas əməliyyat gəlirləri 531.72 milyon manatdan 569.72 milyon manata yüksəlib. Şirkətin investisiya gəlirləri ötən ilin 9 ayındakı 38.06 milyon manatla müqayisədə 39.70 milyon manat təşkil edib.

Hesabat dövründə 568.90 milyon manat sığorta haqqı toplayıb ki, bu da ötən ilin eyni dövrü (530.99 milyon manat) ilə müqayisədə 37.91 milyon manat çoxdur. Sığorta ödənişləri kəskin artıb: Müştərilərə ödənilən cəmi sığorta ödənişləri 121.46 milyon manat artaraq 427.06 milyon manatdan 548.53 milyon manata çatmışdır.

Əsas pay sahibi olan həyatın yaşam sığortası üzrə yığımlar 55.50 milyon manat artaraq 524.91 milyon manat, ödənişlər isə 122.57 milyon manat artaraq 543.43 milyon manat olub.