Ukrayna ordusu oktyabrın 27-dən etibarən Oleşkidə atəşkəsə əməl edəcəyini açıqlayıb

Ukrayna ordusu Xerson vilayətində Rusiya işğalı altında olan Oleşki şəhərində humanitar əməliyyatın keçirilməsini təmin etmək məqsədilə çərşənbə axşamından etibarən atəşkəsə əməl edəcəyini bildirib.

Иu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Xerson vilayətində yerləşən və müvəqqəti işğal altında olan Oleşki şəhərində humanitar əməliyyatın keçirilməsi məqsədilə Ukrayna oktyabrın 27-də Kiyev vaxtı ilə saat 03:00-dan etibarən müəyyən edilmiş ərazidə atəşkəs elan edir”, – deyə Ukrayna Baş Qərargahının cümə günü yaydığı bəyanatda bildirilib.