Azərbaycanlıların olduğu gəmi batıb - ölən və itkin düşənlər var

Qara dənizin Rumıniya sahillərində ticarət gəmisi batıb. Gəminin göyərtəsində 3 Azərbaycan vətəndaşı da olub. Bu barədə “Realitatea Plus” telekanalı mənbələrə istinadən xəbər verib.

Məlumata görə, saat 10:00-da Rumıniya Hərbi Dəniz Qüvvələrinə fəlakət siqnalı daxil olub. Gəmidə ümumilikdə 13 nəfər – 10 Ukrayna və 3 Azərbaycan vətəndaşı olub.

Hazırda sudan 9 nəfərin sağ çıxarıldığı, bir nəfərin öldüyü, 3 nəfərin isə itkin düşdüyü bildirilir. Axtarış-xilasetmə əməliyyatı davam edir. Əlverişsiz hava şəraiti işləri çətinləşdirir.

Gəminin hansı səbəbdən zədələndiyi və batdığı hələlik məlum deyil.