Hörmüz boğazının cənub sahilində iki tanker dəniz minasına çırpılıb.
Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
Məlumata görə, qaydaları pozaraq Hörmüz boğazının cənub marşrutundan keçməyə çalışan iki supertanker dəniz minasına çırpılıb və partlayış baş verib. Gəmi heyəti hadisədən sonra göyərtəni tərk edib.
Bildirilib ki, tankerlər ümumilikdə 4 milyon 500 min bareldən çox xam neft daşıyırdı.