ABŞ Prezidenti Donald Tramp yaxın vaxtlarda neft qiymətlərinin kəskin və əhəmiyyətli dərəcədə aşağı düşəcəyini gözlədiyini bildirib.
Tramp bu barədə Konqresə aralıq seçkilər ərəfəsində Florida ştatında Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxışı zamanı danışıb. Çıxış “Fox News” telekanalında yayımlanıb.
“Yaxın vaxtlarda neft qiymətləri kəskin şəkildə düşəcək və bu ucuzlaşma çox əhəmiyyətli olacaq”, – deyə ABŞ lideri bildirib.
Tramp əlavə edib ki, ABŞ-nin İranda əməliyyata başlamasından sonra neft qiymətləri rekord səviyyələrə yüksəlib. Bununla belə, onun sözlərinə görə, hazırda bazardakı vəziyyət nəzərəçarpacaq dərəcədə yaxşılaşır.