Avropa Parlamenti Bolqarıstan hökumətini Rusiyaya qarşı konkret addımlar atmağa ÇAĞIRDI

Avroparlamentarilər Bolqarıstan hökumətinin Rusiyadan gələn təhdidlərə reaksiyasından narazılıqlarını da ifadə ediblər.

Onlar diplomatik bəyanatlarla kifayətlənməyərək konkret addımlar atmağa və aşağı hündürlüklərdəki hava təhdidlərinə qarşı yönəlmiş NATO-nun “Air Defence Capabilities Against Lower-level Air Threats” təşəbbüsündə iştirakı gecikdirməməyə çağırıblar.

Qeyd edək ki, Avropa Parlamenti həmçinin Avropa İttifaqını (Aİ) Qara dənizdə hərbi-dəniz əməliyyatı keçirməyə çağırıb. müvafiq qətnaməni 432 avroparlamentari dəstəkləyib, 52 nəfər əleyhinə səs verib, 88 nəfər isə bitərəf qalıb.

Deputatlar hücumlar fonunda gəmiçilik azadlığı və dəniz təhlükəsizliyinin NATO-nun şərq cinahının, Qara dəniz regionunun və Dunay çayının deltasının təhlükəsizliyinin təmin edilməsinin tərkib hissəsi olduğunu vurğulayıblar.