Rusiyadan Ermənistana tədarük edilən təbii qazın qiymətinin mümkün artımı proqnozlara görə, Ermənistanda iqtisadi artım tempinin azı 5 faiz bəndi azalmasına səbəb olacaq.
"Report"un "İnterfaks"a istinadən verdiyi məlumata görə, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bildirib.
"Qazın qiymətinin dəyişməsi iqtisadiyyata 5-7 faiz bəndi həcmində, bəlkə də daha çox təsir edə bilər. Bununla belə, bunun nəticəsində çıxılmaz vəziyyət yaranmayacaq. Amma bu, son dərəcə arzuolunmazdır. Qazın qiymətinin artması arzuolunmazdır, lakin düşünürəm ki, zamanla qazın bazar qiymətləri ilə alınması məntiqli olmalıdır", - o deyib.
Bundan əlavə, "29 may 2014-cü il tarixli Avrasiya İqtisadi İttifaqına (Aİİ) dair müqavilənin Ermənistana münasibətdə dayandırılmasının mümkün nəticələri haqqında" məruzədə qeyd edilib ki, Aİİ-yə üzvlüyün dayandırılacağı təqdirdə Ermənistan üçün qaz idxalı 69 % bahalaşacaq.