Süni intellekt yarışmasında ABŞ Çinə məğlub olsa, Amerika iqtisadiyyatı çökə bilər

Çinin süni intellekt yarışında mümkün qələbəsi ABŞ iqtisadiyyatı üçün dəhşətli problem yaradacaq. Ağ Evin Milli İqtisadi Şurasının direktoru Kevin Hassett belə düşünür.

CNN-ə açıqlamasında Kevin Hassett ABŞ-ın süni intellekt yarışmasında Çinə məğlub olmasının Amerika iqtisadiyyatı və maliyyə institutları üçün dağıdıcı zərbə olacağını deyib.

"İkinci yerdə qalmamaq üçün çinlilərlə rəqabət aparırıq, çünki bu, ABŞ iqtisadiyyatı və maliyyə qurumları üçün dəhşətli bir problem olacaq", - deyə o bildirib.

Hassettin sözlərinə görə, ABŞ süni intellekt çipləri üzərində nəzarəti gücləndirəcək.