Türkiyənin Gürcüstandakı səfiri XİN-ə çağırılıb

Türkiyənin Gürcüstandakı səfiri Mustafa Türker Arı noyabrın 29-da Gürcüstan Xarici İşlər Nazirliyinə çağırılıb.Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsalia səfirlə görüşdə iki ölkə arasında mövcud mehriban qonşuluq münasibətlərini və strateji tərəfdaşlığı vurğulayıb.

Görüşdə “Beşiktaş” və “Hapoel Beer-Şeva” futbol klubları arasında keçirilən matç zamanı baş vermiş xoşagəlməz hadisə ilə bağlı fikir mübadiləsi aparılıb.

Söhbətin sonunda tərəflər Gürcüstan və Türkiyə arasında strateji tərəfdaşlığın və mehriban qonşuluq münasibətlərinin daha da inkişaf etdirilməsinin vacibliyini bir daha təsdiqləyiblər.