Türkiyəli reper BLOK3 aldığı lüks avtomobillə gündəmə gəlib.
Axşam.az-a istinadən, reper Almaniyadan 7,8 milyon lirə (təxminən 261 min manat) dəyərində "Mersedes-Maybax GLS 600" alıb.
O, yeni avtomobilinə öz səhnə adına uyğun olaraq "BLOK 3" nişanı taxdırıb.
Qeyd edək ki, əsl adı Hakan Aydın olan BLOK3 "Kusura bakma", "Git" və "Napıyosun mesela" kimi mahnıları ilə tanınır.