Qazaxıstanda bütün səviyyələr üzrə məslixat deputatlarının növbədənkənar seçkilərində səsvermə başa çatıb.
Bu barədə NUR Mərkəzi Seçki Komissiyasının məlumatlarına istinadla məlumat yayıb.
Astana vaxtı ilə saat 20:00-da ölkə üzrə bütün seçki məntəqələri bağlanıb. Seçki komissiyalarının üzvləri səslərin hesablanmasına başlayıblar.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, saat 16:00-a olan məlumata əsasən, ölkə üzrə seçici fəallığı 53,86 faiz təşkil edib. Ən yüksək seçici fəallığı Türküstan vilayətində qeydə alınıb – 69,84 faiz. Ən aşağı göstərici isə Almatı şəhərində olub – 33,73 faiz.
Seçki kampaniyası çərçivəsində 228 məslixatda deputat mandatları üzrə 3 447 yerin bölüşdürülməsi nəzərdə tutulur.
Seçkilərdə partiya siyahıları üzrə yeddi siyasi partiya iştirak edib: “Auıl”, Milli Sosial-Demokrat Partiyası, Qazaxıstan Xalq Partiyası, “Respublika”, “Ak Jol”, “Baytaq” və “Adilet”.
Seçkilərin nəticələri səsvermə başa çatdıqdan sonra beş gündən gec olmayaraq elan edilməlidir.