Misli Premyer Liqasının XIII turunda növbəti qarşılaşmalar keçirilib. "Şamaxı" doğma meydanda "Qəbələ"ni, "Qarabağ" isə "Sumqayıt"ı məğlub edib.
Şamaxı şəhər stadionunda keçirilən görüşdə meydan sahibləri 2:0 hesabı ilə qalib gəliblər. Ayman Bouali 11-ci, Edqar Adilxanov isə 61-ci dəqiqədə fərqlənərək komandasına üç xal qazandırıb.
Turun son qarşılaşmasında isə "Qarabağ" "Azərsun Arena"da "Sumqayıt"ı qəbul edib. Gərgin mübarizə şəraitində keçən oyun Ağdam təmsilçisinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Qalib komandanın heyətində Aleksandr Kaşuk, Renaldo Sefas, Taofik İsmail və Musa Qurbanlı, "Sumqayıt"da isə İsa Suliman və Emil Mustafayev qol vurublar.
Bu nəticələrdən sonra "Qarabağ" 23 xalla dördüncü, "Şamaxı" 17 xalla yeddinci pillədə qərarlaşıb. "Sumqayıt" 10 xalla onuncu, "Qəbələ" isə 11 xalla doqquzuncu yerdədir.