Futbol üzrə Azərbaycan Premyer Liqasında daha bir oyun keçirilib.
"Şamaxı" “Qəbələ” ilə üz-üzə gəlib.
Şamaxı şəhər stadionunda oynanılan görüş ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qolları Ayman Boali və Edqar Adilxanov vurublar.
Hazırda “Şamaxı” 17 xalla turnir cədvəlində 7-ci, “Qəbələ” isə 11 xalla 9-cu sıradadır.