Türkiyə-ŞKTC arasında ikitərəfli SAT təlimi Türkiyənin ev sahibliyi ilə uğurla həyata keçirildi
Türkiyə-Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) İkitərəfli SAT Təlimi-2026 proqramı 16-27 noyabr tarixlərində Türkiyənin ev sahibliyi ilə uğurla keçirilib.
Bu barədə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi açıqlama verib. Nazirliyin "NSosyal" hesabında "Mavi Vətəndə çiyin-çiyinə" başlığı ilə edilən paylaşımda deyilir:
Nazirliyin "NSosyal" hesabında "Mavi Vətəndə çiyin-çiyinə" başlığı ilə edilən paylaşımda deyilir: "Türkiyə-Şimali Kipr Türk Cümhuriyyəti İkitərəfli SAT Təlimi-2026 proqramı 16-27 noyabr tarixlərində ölkəmizin ev sahibliyi ilə SAT Komandanlığında (Beykoz/İstanbul) uğurla keçirilib. Təlim çərçivəsində Türkiyə və ŞKTC-nin Sualtı Hücum Dəstələri arasında hazırlıq və əməkdaşlığın inkişaf etdirilməsi, qarşılıqlı bilik və təcrübə mübadiləsinin artırılması hədəflənib."