Corc Rassell Qətər Qran-prisinin sıralanma turunun qalibi olub

"Mercedes" komandasının britaniyalı pilotu Corc Rassell "Formula-1" üzrə Qətər Qran-prisinin sıralanma turunda birinci yeri tutub.

Ikinci yeri onun komanda yoldaşı, italiyalı Andrea Kimi Antonelli, üçüncü yeri isə "McLaren" komandasının britaniyalı pilotu Lando Norris tutub.

Əsas yarış noyabrın 29-da Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.