Prezidentdən Əhməd Vəliyevlə bağlı – Sərəncam

Əhməd Abdulkərim oğlu Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama görə, o, Azərbaycan Respublikasında təhsil sahəsində xidmətlərinə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Qeyd edək ki, noyabrın 29-da Ə.Vəliyevin 80 yaşı tamam olur. O, hazırda Odlar Yurdu Universitetinin rektorudur.