Tovuzda 28 yaşlı şəxsi qatar vurdu, öldü

Tovuz rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. 28 yaşlı kişi qatarın vurması nəticəsində həyatını itirib.

Hadisə rayonun dəmiryolu stansiyasında qeydə alınıb.

Belə ki, 1998-ci il təvəllüdlü Sərxan Pənahov qatarın vurması nəticəsində aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunublar.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma başlanılıb.