Əfqanıstanın Kunar vilayətində məktəbin yaxınlığında baş verən partlayış nəticəsində azı 6 şagird həlak olub, 97 nəfər isə yaralanıb.
Bu barədə “Al Jazeera” məlumat yayıb.
Kunar Vilayət Xəstəxanasının rəhbəri Mövlə Dad bildirib ki, açıqlanan rəqəmlər ilkin məlumatlara əsaslanır.
Partlayış bu gün yerli vaxtla saat 10:00-da orta məktəbin yaxınlığındakı evdə baş verib. Mədənçilik fəaliyyəti ilə məşğul olan şəxslərə məxsus evdə dinamit saxlanılıb.
İstintaq qrupu Pakistanla sərhəddə yerləşən Kunar vilayətindəki hadisə yerində araşdırma aparır.
Xatırladaq ki, avqust ayında Əfqanıstanın paytaxtı Kabildə yerləşən məktəb kompleksinə əl qumbarası ilə hücum nəticəsində 9-14 yaş arası 40-dan çox uşaq yaralanmışdı.