Əfqanıstanda məktəbdə partlayış - Çox sayda ölü və yaralı var

Əfqanıstanın Kunar əyalətində məktəbdə baş verən partlayış nəticəsində azı 6 nəfər həlak olub.

Bu barədə “Al Jazeera” telekanalın məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində 97 nəfər xəsarət alıb.

Ölənlərin sayının artacağı istisna edilmir.