İrandan Azərbaycan istiqamətində dövlət sərhədini qanunsuz keçməyə cəhd edən iki Əfqanıstan vətəndaşı saxlanılıb.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, həmin şəxslər Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində keçirilən əməliyyat-qoşun tədbirləri nəticəsində saxlanılıblar.
Dövlət sərhədinin mühafizəsi və qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri davam etdirilir.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam edir.