Bir neçə həftə “dincələcək”

“Tottenhem”in vingeri Savinyo bir neçə həftə komandasına kömək edə bilməyəcək.

Braziliyalı futbolçu “İpsviç”lə oyunda zədələnib. Oktyabrın 10-dan sonra ilk dəfə meydana çıxan 22 yaşlı oyunçu ikinci hissədə meydana çıxmış və 20 dəqiqə sonra mübarizəni tərk etmişdi. “The Athletic”in məlumatına görə, Savinyo “Tottenhem”in bu il keçirəcəyi son 7 matçı buraxa bilər.

Gənc futbolçu ötən yay “Mançester Siti”dən 85 milyon funt sterlinqə transfer olunub. Savinyo London klubunda 7 oyuna çıxıb və 1 qol vurub.