Bakıda daha bir nəfər dəm qazından boğularaq ÖLDÜ

Bakıda kişi qazdan boğulub.

Hadisə Sabunçu rayonu, Sabunçu qəsəbəsində baş verib. 54 yaşlı Vəliyev Faiz Bəylər oğlu yaşadığı evin hamam otağından dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.