Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin məhkəmə araşdırması sona çatır.
Lent.az-ın xəbərinə görə, bu gün keçirilən prosesdə şahidlər son dəfə ifadə veriblər.
Məlumata görə, Prezident Adminstrasiyasının sabiq rəhbəri, ev dustaqlığı şərti cəzasına məhkum edilən Ramiz Mehdiyev bugünkü prosesə onlayn qoşularaq, Əli Kərimli ilə bağlı suallara cavab verib.
Daha sonra onun qızı Kamilə Əliyeva da məhkəmədə dindirilib. Bundan əlavə, Qənimət Zahid və Fuad Qəhrəmanlının da şahid qismində ifadə vermələri üçün vəsatət irəli sürülüb.
Qeyd olunur ki, dekabrın 1-də iş materiallarının tədqiqi başlayacaq.
Xatırladaq ki, Əli Kərimli və Məmməd İbrahim ötən il Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin cinayət işinin davamı olaraq Dövlət Təhllükəsizliyi Xidməti tərəfindən saxlanılıblar.