"Unibank" məktəblilər üçün növbəti maliyyə savadlılığı təlimi keçirib

"Unibank KB" ASC maliyyə savadlılığı layihəsi çərçivəsində məktəblilər üçün növbəti təlim keçirib. Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilati dəstəyi ilə baş tutan tədbirdə 7-8-ci siniflərdə təhsil alan 30 şagird iştirak edib.