Emin Əmrullayev Ağstafada vətəndaşları qəbul etdi - FOTO

Noyabrın 27-də elm və təhsil naziri Emin Əmrullayev Ağstafa şəhərində vətəndaşları qəbul edib.

Qəbulda Ağstafa, Qazax və Tovuz sakinləri iştirak ediblər.

Qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.

Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində tapşırıqlar verib.