Sosial media fenomeni də həbs olundu

Türkiyədə məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində sosial media fenomeni Cansu Taşkın da daxil olmaqla üç nəfər həbs edilib.

İstanbul Baş Prokurorluğunun apardığı araşdırma çərçivəsində saxlanılan Cansu, iş adamı Muammer Kapucuoğlu və Saghar Shojaei barəsində həbs qərarı verilib. Daha 10 nəfər isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

Qeyd edək ki, noyabrın 24-də keçirilən əməliyyat zamanı aralarında Özcan Dəniz, Dəniz Çakır və Burcu Özbərkin də olduğu 24 nəfər saxlanılmışdı. Onlardan bir qismi məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılıb, şübhəlilərdən Ceylan Kaya isə həbs edilib.