Ramiz Mehdiyev Əli Kərimli ilə münasibətinin olmadığını deyib

Noyabrın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Sosial şəbəkələrdə yayılan məlumata görə, prosesdə Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və onun qızı Kamilə Əliyeva şahid qismində ifadə veriblər.

Ramiz Mehdiyev məhkəmə iclasına onlayn qaydada qatılıb. O, ifadə verərək Əli Kərimli ilə heç bir münasibətinin olmadığını bildirib.

Əli Kərimli və Məmməd İbrahim 2025-ci il noyabrın 29-da Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıblar. Onlar Ramiz Mehdiyevin işi ilə bağlı istintaqa cəlb ediliblər.

Hər iki siyasətçiyə qarşı Cinayət Məcəlləsinin 278.1-ci maddəsi ilə hakimiyyəti zorla ələ keçirməyə və ya zorla saxlamağa, eləcə də dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlərdə iştirak ittihamı irəli sürülüb.

Ramiz Mehdiyevin işinə sonradan ayrıca baxılıb. İstintaq dövründə ev dustaqlığında olan sabiq PA rəhbəri 14 il müddətinə şərti azadlıqdan məhrum edilib.