Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində təhsil infrastrukturunun bərpası və inkişafı istiqamətində işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri davam etdirilir.
Xocavənd, Ağdam, Xankəndi, Xocalı və Ağdərə ərazilərində 15 yeni məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilir.
Xocavənd şəhər 1 nömrəli, Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində, Sos və Quzeyxırman kəndlərində yerləşən körpələr evi-uşaq bağçalarının, Ağdam şəhər 1 nömrəli, Ağdam rayonunun Sarıcalı və Kəngərli kəndlərində yerləşən körpələr evi-uşaq bağçalarının, eləcə də Xankəndi şəhər 2 nömrəli körpələr evi-uşaq bağçasının açılışı həyata keçirilib.
Xocalı rayonunun Təzəbinə, Daşbulaq və Şuşakənd kəndlərində, Xocavənd rayonunun Xanoba kəndində, eləcə də Ağdərə rayonunun Vəngli, Həsənriz və Aşağı Oratağ kəndlərində yerləşən körpələr evi-uşaq bağçalarının yaxın günlərdə açılışı nəzərdə tutulur.
Qeyd edək ki, yeni müəssisələrin istifadəyə verilməsi işğaldan azad edilmiş ərazilərdə uşaqların məktəbəqədər təhsilə əlçatanlığının artırılması və onların erkən yaşlardan təlim-tərbiyə prosesinə cəlb olunması baxımından mühüm əhəmiyyət daşıyır.