Ali Məhkəmənin Cinayət kollegiyası həkim vəzifəsində çalışmış şəxsin səhlənkarlıq və vəzifə saxtakarlığında ittiham olunmasına dair cinayət işi üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib. Irəli sürülən ittihama əsasən, həkim mama-ginekoloq öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyərək, hamilə qadının doğuşdan əvvəlki vəziyyətini düzgün qiymətləndirməyib və zəruri müayinə üsullarını seçməyib.Belə ki, dölün ana bətnində kəskin hipoksiya (oksigen çatışmazlığı) vəziyyətində olması təxirəsalınmaz cərrahi müdaxilə üçün tibbi göstəriş olduğu halda, həkim əməliyyatın vaxtında həyata keçirilməsini təmin etməyib. Nəticədə ana bətnindən vaxtında götürülməyən döl əməliyyatdan qısa müddət sonra perinatal mərkəzdə ölüb.Həkim daha sonra cinayət məsuliyyətindən yayınmaq və yol verdiyi səhlənkarlığı ört-basdır etmək məqsədilə doğuşun gedişini və nəticələrini əks etdirən, rəsmi sənəd hesab olunan "Doğum tarixi" sənədinə bilə-bilə həqiqətə uyğun olmayan məlumat daxil edib. Belə ki, dölün perinatal mərkəzə daxil olarkən diri olması ekspertiza rəyləri, şahid ifadələri və tibbi sənədlərdə ürək döyüntüsünün eşidilməsinə dair qeydlərlə təsdiqləndiyi halda, həkim tərəfindən qəbul zamanı dölün ölü olması barədə qeyd aparılıb.Birinci instansiya məhkəməsinin hökmü ilə həkim Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) maddələri ilə təqsirli bilinib, 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.Hökmdən müdafiəçi tərəfindən apellyasiya şikayəti verilib. Apellyasiya instansiyası məhkəməsi həkimin cinayət qanunvericiliyində nəzərdə tutulan vəzifəli şəxs statusuna malik olmadığı qənaətinə gələrək birinci instansiya məhkəməsinin hökmünü vəzifə saxtakarlığına dair hissədə ləğv edib və əməlində cinayət tərkibi olmadığına görə ona Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə bəraət verib. Bununla yanaşı, məhkəmə şəxsin Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə tövsif edilmiş əməlini həmin Məcəllənin 142.4-cü maddəsinə tövsif edib. Nəticədə Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə həkim müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilmədən 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.Apellyasiya instansiyası məhkəməsinin hökmündən kassasiya protesti verilib.Ali Məhkəmənin Cinayət kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını yoxlayaraq cinayət-hüquqi tövsifin aparılması və cinayət qanununun geriyə qüvvəsinin tətbiqi zamanı maddi və prosessual hüquq normalarının tələblərinin pozulduğu qənaətinə gəlib. Məhkəmə kollegiyası qeyd edib ki, apellyasiya instansiyası məhkəməsi şəxsə qarşı irəli sürülmüş ittiham üzrə cinayət tərkibinin bütün elementlərini qarşılıqlı əlaqədə araşdırmayıb. Xüsusilə, vəzifə saxtakarlığı ilə bağlı ittiham üzrə əməlin obyektiv cəhətini yoxlamadan, yalnız şəxsin vəzifəli şəxs statusuna malik olmamasını əsas götürərək ona bəraət verib.Ali Məhkəmə bildirib ki, Cinayət Məcəlləsinin 313-cü maddəsində nəzərdə tutulan vəzifə saxtakarlığı cinayətinin subyekti yalnız vəzifəli şəxs ola bilər. Lakin şəxsin vəzifəli şəxs statusuna malik olmaması onun rəsmi sənədlərin saxtalaşdırılması ilə bağlı hərəkətlərinin avtomatik olaraq cinayət-hüquqi xarakterini itirməsi demək deyil.Belə hallarda məhkəmə əməlin digər cinayət-hüquqi normalar baxımından qiymətləndirilməsinin mümkünlüyünü də araşdırmalıdır. Bu baxımdan məhkəmə kollegiyası diqqətə çatdırıb ki, Cinayət Məcəlləsinin 320.1-ci maddəsində də rəsmi sənədlərin saxtalaşdırılması ilə bağlı əməllərə görə cinayət məsuliyyəti nəzərdə tutulub. Vəzifə saxtakarlığından fərqli olaraq, həmin maddənin tətbiqi üçün şəxsin vəzifəli şəxs statusuna malik olması tələb edilmir. Apellyasiya instansiyası məhkəməsi həkimin vəzifəli şəxs olmaması barədə nəticəyə gəlməklə kifayətlənməməli, ittihamda göstərilən hərəkətlərin obyektiv cəhətini araşdırmalı və əməlin Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə tövsif edilməsinin mümkünlüyünə hüquqi qiymət verməli idi.Cinayət kollegiyası həmçinin səhlənkarlıqla bağlı əməlin Cinayət Məcəlləsinin 314.2-ci maddəsindən həmin Məcəllənin 142.4-cü maddəsinə tövsif edilməsi zamanı cinayət qanununun geriyə qüvvəsinin tətbiqi məsələsinə aydınlıq gətirib. Qeyd olunub ki, cinayət hüququnun ümumi qaydasına əsasən, əməlin cinayət sayılması və həmin əmələ görə məsuliyyət onun törədildiyi vaxt qüvvədə olan qanunla müəyyən edilir. Bununla belə, əməlin cinayət sayılmasını aradan qaldıran, cəzanı yüngülləşdirən və ya cinayət törətmiş şəxsin vəziyyətini başqa şəkildə yaxşılaşdıran qanunun geriyə qüvvəsi vardır. Lakin yeni cinayət-hüquqi normanın geriyə şamil edilməsi üçün şəxsin əməlinin törədildiyi vaxt qüvvədə olan qanuna əsasən cinayət təşkil etməsi zəruri şərtdir.Baxılan iş üzrə isə apellyasiya instansiyası məhkəməsi həkimin vəzifəli şəxs statusuna malik olmadığı qənaətinə gəlməsinə baxmayaraq, onun əməlini törədildiyi dövrdə qüvvədə olmayan Cinayət Məcəlləsinin 142.4-cü maddəsinə tövsif edib. Ali Məhkəmə bildirib ki, həm vəzifə saxtakarlığı, həm də səhlənkarlıq cinayətlərinin subyekti vəzifəli şəxs olduğundan, apellyasiya instansiyası məhkəməsinin eyni subyekt əlamətinə malik cinayət tərkiblərinə fərqli hüquqi yanaşma nümayiş etdirməsi hökmün əsaslandırılmasında ziddiyyət yaradıb.Məhkəmə kollegiyasının mövqeyinə görə, şəxsin əməlində əvvəlki qanunla nəzərdə tutulmuş cinayət tərkibinin mövcudluğu müəyyən edilmədən sonradan qüvvəyə minmiş daha yüngül cinayət qanununun tətbiq edilməsi Cinayət Məcəlləsinin 10.3-cü maddəsinin tələblərinə uyğun deyil.Göstərilənlər nəzərə alınaraq, Ali Məhkəmənin qərarı ilə kassasiya protesti təmin edilib, apellyasiya instansiyası məhkəməsinin hökmü ləğv olunub və cinayət işi yeni məhkəmə baxışına təyin edilib.
Bu gün
2547 xəbər bu gün
"Mercedes" komandasının britaniyalı pilotu Corc Rassell "Formula-1" üzrə Qətər Qran-prisinin sıralanma turunda birinci yeri tutub. Ikinci yeri onun komanda yoldaşı, italiyalı Andrea Kimi Antonelli, üçüncü yeri isə…
Fransanın "Lans" klubunun və Seneqal millisinin mərkəz hücumçusu Abdallah Sima ölkə çempionatında son 12 ildə bir oyunda beş qol vuran ilk futbolçu olub. 25 yaşlı futbolçunun poker deyil, pent-trik etməsi sayəsində…
Gəncədə kişi meyiti aşkarlanıb. APA-ya istinadən, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Prospektdə yerləşən…
Albaniyanın Müstəqillik Günündə hökumət əleyhinə etirazçılarla polis arasında baş verən toqquşmalarda 19 nəfər xəsarət alıb
Ermənistanın baş naziri Nikol Paşinyan parlament müxalifətini Azərbaycanla sülhün əldə olunması yolunda son maneə hesab etdiyini bildirib.
“Parlament müxalifəti referenduma səs verəcək”. Bunu Ermənistan Baş naziri Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsində deyib. O, parlament müxalifətinin referenduma səs verəcəyini...
Tbilisidə "İvanişvilisiz Gürcüstan" və "Gürcüstan Avropadır" şüarları altında etiraz yürüşü keçirilir. Bu barədə "Georgia Online" məlumat yayıb. Tədbir Gürcüstan hakimiyyətinin...
Ermənistan parlamentində təmsil olunan müxalifət qüvvələri Azərbaycanla sülh sazişinin imzalanması yolunda qalan sonuncu maneədir.
Rusiya ordusu Ukraynanın paytaxtı Kiyevə pilotsuz uçuş aparatları ilə hücum edib.
Los-Anceles sahillərində 5,0 maqnitudalı zəlzələ baş verib. Bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.İlkin məlumatlara görə, zəlzələ səhər saatlarında Manhetten-Biç şəhərinin sahilindən təxminən 10 kilometr…
ABŞ-nin Kaliforniya ştatının cənubunda 5,0 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb. Yeraltı təkanlar yerli vaxtla saat 09:30-da (Bakı vaxtı ilə 21:30) qeydə alınıb. USGS-in…
Həmişə hər şeyi bir anda ala bilmərik. Bəzən bütün arzularının gerçəkləşməsi üçün bir az gözləməli olursan. Və bəzən bu astroloji səbəblərdən qaynaqlanır. Bizim.Media 35, hətta 40 yaşdan sonra həyatı yaxşılığa doğru…
“Müxalifət Azərbaycanla sülhə gedən yolda son maneədir”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin İctimai Televiziyasına müsahibəsində bildirib. "Bu gün parlament müxalifəti sülhə gedən yolda son maneədir…
"Mançester Yunayted" İngiltərə Premyer Liqasında qələbəsiz oyun sayına görə antirekord müəyyənləşdirib. Mançester təmsilçisi İngiltərə çempionatının XII turunda "Brentford"a 0:4 hesabı ilə böyükhesablı məğlubiyyətə…
Qazax rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Sfera.az bildirir ki, rayon ərazisində hərəkətdə olan “Ford Transit” markalı avtomobillə digər minik avtomobili toqquşub. Qəza nəticəsində 1968-ci il təvəllüdlü M…
Mingəçevir Dövlət Universitetində tələbələrin elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsi, innovativ düşüncə və sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi, universitet–sənaye əməkdaşlığının gücləndirilməsi…
Tbilisidə "İvanişvilisiz Gürcüstan" və "Gürcüstan Avropadır" şüarları altında etiraz yürüşü keçirilir. Bu barədə "Georgia Online" məlumat yayıb. Tədbir Gürcüstan hakimiyyətinin Avropaya inteqrasiya prosesini 2028-ci ilin…
“Parlament müxalifəti referenduma səs verəcək”. Bunu Ermənistan Baş naziri Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsində deyib. O, parlament müxalifətinin referenduma səs verəcəyini bildirib. Baş nazir parlamentdəki…
Bakı-Sumqayıt yoluna çəkilən avtobus zolağı üçün yeni plan həyata keçiriləcək. Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, Bakı-Sumqayıt yolunda avtobuslar üçün xüsusi hərəkət zolağının genişləndirilməsi nəzərdə…
Türkiyəli aktrisa Hande Ataizi illərdir qoruduğu formada qalmasının sirlərini açıqlayıb. 53 yaşlı sənətçi 15 yaşından idmanla məşğul olduğunu, sərt pəhrizlərə əməl etmədiyini və sevdiyi yeməklərdən imtina etmədiyini…
Gəncədə kişi meyiti aşkarlanıb. APA-ya istinadən, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Prospektdə yerləşən köşklərdən birində orta yaşlı kişinin meyiti tapılıb. Hadisə yerinə polis və prokurorluq…
Ermənistan parlamentində təmsil olunan müxalifət Azərbaycanla sülhün əldə edilməsinə mane olan son qüvvədir. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin İctimai…
Böyük Britaniyanın Əmək və Pensiya Nazirliyinin onlayn xidmətləri quruma qarşı həyata keçirilən kiberhücum səbəbindən hələ də fəaliyyət göstərmir. Bu barədə "Sky News" telekanalına nazirliyin nümayəndəsi məlumat verib…
Ermənistan parlamentindəki müxalifət Azərbaycanla sülhün əldə olunması yolunda son maneədir. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin İctimai Televiziyasına müsahibəsində bildirib. "Bu gün parlament müxalifəti…
Специальный посланник президента США Стив Уиткофф примет участие в закрытом брифинге для американских законодателей, посвящённом ситуации в Украине. Как следует из расписания комитета по иностранным...
Baş nazir
MMA
ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff Konqresin Senatının Xarici Əlaqələr Komitəsinin üzvləri qarşısında Ukraynadakı vəziyyətlə bağlı qapalı brifinqdə çıxış edəcək.
ABŞ-nin Kaliforniya ştatının Manhetten-Biç şəhəri yaxınlığında 5 maqnitudalı zəlzələ baş verib. İlkin məlumata görə, xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.
Alimlər Ayın cazibə sahəsindəki kiçik dəyişiklikləri təhlil edərək, səthdən təxminən 100 metr aşağıda gizlənmiş, eni bir kilometrdən çox olan dörd potensial yeraltı lava borusu müəyyən ediblər. Redaktor.az xəbər verir…
Süni intellekt (Sİ) alimlərin onilliklərdir üzərində çalışdığı bir sıra mürəkkəb riyazi məsələləri həll edib. Lakin tədqiqatçılar hələ də bu həllərin necə əldə edildiyini tam başa düşmürlər.
Bərdədə dəm qazından zəhərlənərək həyatını itirdiyi bildirilən 2008-ci il təvəllüdlü Pərvanə Hüseynovanın anası Şəlalə Quliyeva hadisə ilə bağlı bir s
İsrailin Baş naziri Benyamin Netanyahu milli birlik hökumətinin yaradılması məqsədilə rotasiyanın ilk mərhələsində vəzifəsini "Yaşar" partiyasının sədri Qadi Ayzenkota verməyə hazır olduğunu bildirib. Bu barədə "Ynet"…
“Azərbaycanla bəzi məsələlər üzrə mövqelərimizi uzlaşdırmalıyıq”. Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze “Açıq efir” proqramında çıxışı zamanı bildirib. O qeyd edib ki, hər bir dövlətin öz milli maraqları var və…
ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff Ukraynadakı vəziyyətlə bağlı Konqresin Senatının Xarici Əlaqələr Komitəsinin üzvləri üçün qapalı brifinq keçirəcək.Bu barədə komitənin rəsmi saytında dərc olunan iclas…