Əhaliyə bu qədər pul ödənilib - Rəsmi

Bu il Azərbaycanda əhaliyə ödənilən vəsaitin miqdarı açıqlanıb.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, 2026-cı ilin yanvar-oktyabr ayları ərzində pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə 8,75 milyard manat vəsait ödənilib. Bu da ötən ilin müvafiq dövrünə nisbətən 764 milyon manat və ya 9,55%-dən çoxdur.