Elm və təhsil naziri Emin Əmrullayev dekabrın 14-də Cəbrayıl şəhərində vətəndaşları qəbul edəcək.
Bu barədə nazirlikdən məlumat verilib.
Bildirilib ki, qəbulda Cəbrayıl, Qubadlı və Zəngilan sakinləri iştirak edə bilərlər.
Adları çəkilən şəhər və rayonların sakinləri 7 dekabr (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər.
Nəzərinizə çatdırırıq ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.