Şok iddia: Tutulan şəxsi Fira evində gizlədirmiş - Foto

Aparıcı Fira Cəlilovanın evində gizlənən şəxsin kimliyi məlum olub.

Oxu.az-a istinadla, polis əməkdaşlarına Novxanı qəsəbəsində Fira Cəlilovanın anasına məxsus bağ evində müxtəlif cinayətlər törətməkdə təqsirləndirilən Əlihüseyn Hüseynovun gizlənməsi barədə məlumat daxil olub.

Müəyyən edilib ki, axtarışda olan həmin şəxs bilə-bilə həmin evdə gizlədilib.

Hadisə yerinə əməliyyat qrupu gedib və Ə.Hüseynov gizlədildiyi yerdən aşkarlanaraq saxlanılıb.