Merz: Aİ liderləri növbəti yeddiillik büdcə ilə bağlı razılığa gələ bilməyiblər

Avropa İttifaqına (Aİ) üzv ölkələrin liderləri Brüsseldə keçirilən danışıqların yekununda qurumun növbəti yeddiillik büdcəsinin parametrləri ilə bağlı razılığa gələ bilməyiblər.

Bunu Almaniya Kansleri Fridrix Merz Aİ sammitinin yekunlarına dair mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, tərəflər büdcəni ilin sonunadək təsdiqləməyi planlaşdırırlar.

“Avropa İttifaqının növbəti çoxillik maliyyə planını intensiv şəkildə müzakirə etdik. Etiraf etməliyik ki, onun necə formalaşdırılmasına dair mövqelər hələ də ciddi şəkildə fərqlənir. Danışıqların hazırkı mərhələsində bunda təəccüblü heç nə yoxdur”, – deyə Merz bildirib.

Almaniya Kansleri tərəflərin mövqelərinin yaxınlaşdırılması üçün vaxt və ciddi siyasi iradə tələb olunduğunu vurğulayıb.