Amerikalı sahibkar İlon Mask hər il ABŞ-dəki hər uşağa "SpaceX" aerokosmik şirkətinin bir səhmini hədiyyə etmək niyyətində olduğunu bildirib.
Bu barədə milyarder "X" sosial şəbəkəsində yazıb.
"Mən hər il Amerikadakı bütün uşaqlara bir səhm hədiyyə edəcəyəm", - Mask bildirib.
Daha əvvəl sahibkar qeyd etmişdi ki, ABŞ-də hər bir uşaq "SpaceX"in iki səhmini alacaq - birini şirkətdən, digərini isə şəxsən ondan. Daha sonra Mask dəqiqləşdirib ki, uşaqlar ilk səhmi artıq 2026-cı ilin dekabrında alacaqlar.
"CNBC" telekanalının məlumatına görə, "SpaceX"in təxminən 4,8 milyard səhmi Maska məxsusdur.