Slovakiyanın Baş nazirindən Avropa Şurasının xüsusi sammitində Corcia Meloniyə jest - Video

Slovakiyanın Baş naziri Robert Fitso Brüsseldə keçirilən Avropa Şurasının xüsusi sammiti çərçivəsində italiyalı həmkarı Corcia Meloniyə kömək edib.

Fitso Meloninin çantasını masaya qədər daşıyaraq ona jest edib.

O, noyabrın 26-da Facebook hesabında paylaşdığı fotolara belə şərh verib:

“Fotolardan da gördüyünüz kimi, Avropa əməkdaşlığının praktik tərəfləri də var. Bəzən bu, həmkarına əşyalarını daşımaqda kömək etmək deməkdir”.