166 minlik brilyantla hava limanında saxlanıldı

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları gömrük nəzarətindən gizlədilən qızıl-zinət əşyaları aşkar ediblər.

Dövlət Gömrük Komitəsinə istinadən, Dubay-Bakı aviareysi ilə gələn Hindistan Respublikası vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı malların aşkar edilməsini çətinləşdirən üsullarla gömrük nəzarətindən gizlədilən, 750 əyar qızıl və 57,779 karat brilyantdan hazırlanmış 2 boyunbağı aşkarlanıb.

Zinət əşyalarının ümumi dəyəri 166 610 manat təşkil edir.

Faktla bağlı araşdırma aparılır.