Abşeron rayonunda polis tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.
Tədbirlər nəticəsində C.Səfərli, R.Nağızadə, N.Mehdiyev, M.Məmmədov, S.Rzayev, E.Zeynalov, F.İbadlı və S.Musayeva saxlanılıblar. Onlardan ümumilikdə 4 kiloqram 200 qram narkotik maddə, həmçinin 50 ədəd psixotrop tərkibli həb aşkarlanıb.
Faktlarla bağlı cinayət işləri başlanılıb. Araşdırma aparılır.