Evdən gənc qadının meyiti tapıldı

Göygöldə evdən gənc qadın meyiti tapılıb.

Rayonun Yeni Qızılca kəndində evlərin birində 1993-cü il təvəllüdlü Günay Heydərovanın meyiti aşkar edilib.

Gənc qadının ölüm səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır. /Oxu.az/