Noyabrın 26-27-də Ermənistanda “Sülh körpüsü” təşəbbüsü çərçivəsində iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa keçiriləcək. Bu məqsədlə Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri Ermənistana yola düşüblər.
Görüşdə 2025-ci il avqustun 8-də Vaşinqton sammitində razılaşdırılmış sülh gündəliyinin həyata keçirilməsi, qarşılıqlı etimadın möhkəmləndirilməsi, iqtisadi əməkdaşlığın, ticarətin və nəqliyyat əlaqələrinin inkişafı müzakirə olunacaq.
Görüşün gündəliyinə humanitar məsələlər, təhsil, gənclərlə iş və iki ölkənin cəmiyyətləri arasında uzunmüddətli əlaqələrin qurulması da daxildir.