Dambrauskasla Pokatilov arasında mübahisə: Məşqçi qapıçını nədə ittiham edir?

"Sabah”ın baş məşqçisi Dambrauskas “Barselona” ilə oyundan sonra qapıçı Pokatilovla mübahisə edib.

Oyundan sonra meydana daxil olan Dambrauskas qapıçı ilə uzun müddət nəyi isə müzakirə edib.

Böyük ehtimalla, mütəxəssis qapıçının uğursuz oyunundan şikayətlənib.

Pokatilov onun iradlarını qəbul etməyib. Yayılan kadrlardan, bəzən mübahisənin kəskinləşdiyi, tərəflərin aqressivləşdiyi görünür.

“Sabah” Çempionlar Liqasının əsas mərhələsində “Barselona”ya 1:4 hesabı ilə məğlub olub. Pokatilov “Barsa”nın iki qolunda inamsız təsir bağışlayıb.