Maskdan gözlənilməz vəd: Hər bir uşağa "SpaceX" səhmi hədiyyə edəcək

Amerikalı milyarder və sahibkar İlon Mask ABŞ-də yaşayan hər bir uşağa "SpaceX" şirkətinin səhmlərini hədiyyə edəcəyini açıqlayıb.

O, bu barədə özünün "X" sosial şəbəkə hesabında paylaşım edib.

Mask bildirib ki, ölkədəki hər bir uşaq ümumilikdə iki səhm əldə edəcək: "Amerikadakı hər bir uşaq "SpaceX"in iki səhmini alacaq: birini şirkətdən, birini isə şəxsən məndən".

Milyarder bu təşəbbüsün hansı mexanizm və şərtlərlə həyata keçiriləcəyi barədə hələlik ətraflı məlumat verməyib.

Məlumat üçün bildirək ki, şirkətin iki səhminin ümumilikdə dəyəri 255 ABŞ dollarıdır.

Xatırladaq ki, kosmik texnika istehsalı ilə məşğul olan "SpaceX" şirkəti 2002-ci ildə İlon Mask tərəfindən təsis edilib. Cari ilin fevral ayında isə şirkət Maskın süni intellekt sahəsində fəaliyyət göstərən digər layihəsi — "xAI" ilə birləşdirilib.