Meksikalı futbolçu Luis Çaves həvəskar komandaların oyunu zamanı güllələnərək öldürülüb.
Bu barədə "TV Azteca" telekanalı məlumat yayıb.
Məlumata görə, futbolçu motosikletlə hərəkət edən silahlı dəstə üzvləri tərəfindən qətlə yetirilib. Hadisə zamanı daha bir nəfər xəsarət alıb.
26 yaşlı Çaves əvvəllər Meksika çempionatının gücünə görə üçüncü divizionunda çıxış edən “Atletiko San-Fransisko-del-Rinkon” klubunda oynayıb. Son vaxtlar isə o, “Arandas” həvəskar klubunun futbolçusu olub.