Bakı şəhərində sökülən tarixi qapının yeri müəyyənləşdirilib və köhnə ünvanına gətirilib.
Ölkə.az-ın əldə etdiyi xəbərə görə, hazırda şüşə konstruksiya sökülür və tarixi qapının yenidən quraşdırılması üçün işlər aparılır.
Qeyd edək ki, paytaxtın Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi 9 ünvanında yerləşən memarlıq abidəsinin (№ 3426 Siyahıda) tarixi qapısı sökülərək şüşə konstruksiya ilə əvəz edilmişdi.