Cəzaçəkmə müəssisəsinə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb

Penitensiar müəssisəyə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Penitensiar xidmətinin əməliyyat aparatı tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cəzaçəkmə müəssisəsinə narkotik vasitə və psixotrop maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.

Belə ki, 12 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhkuma tanışı tərəfindən gətirilmiş sovqata baxış zamanı 6 bükümdə ümumi çəkisi 5,874 qram olan heroin və 2,408 qram metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.