Rusiyanın Stavropol diyarında yerləşən Nevinnomısk şəhəri dron hücumuna məruz qalıb.
OSINT-analitiklərin ehtimalına görə, hücum zamanı Nevinnomısk İstilik Elektrik Stansiyası (QRES) hədəf seçilib.
Bu elektrik stansiyası partlayıcı maddələrin istehsalında istifadə olunan komponentlər hazırlayan “Nevinnomısk Azot” kimya zavodunu enerji ilə təmin edir.
Nevinnomısk QRES federal əhəmiyyətli iri qaz-istilik elektrik stansiyası olmaqla Şimali Qafqazın enerji infrastrukturunun əsas obyektlərindən biridir.
Bundan əlavə, Rusiyanın Başqırdıstan Respublikasında magistral neft nəqli infrastrukturu sisteminə daxil olan “Subxankulovo” dispetçer stansiyası da vurulub.