Amerikalı milyarder Todd Boeli azərbaycanlı iş adamı Vahid Ələkbərova məxsus Rusiyanın “Lukoyl” şirkətinin xarici aktivlərini satın alıb.
Reuters agentliyinin məlumatına görə, razılaşma “Lukoyl”un 10 milyard dollar dəyərində qiymətli kağızlarının şirkətin beynəlxalq aktivləri ilə dəyişdirilməsini nəzərdə tutur.
ABŞ Maliyyə Nazirliyi razılaşmanın milli təhlükəsizlik maraqlarına uyğunluğunu yoxlayacaq. Razılaşmaya əsasən, Vaşinqton gələcək gəlirlərin bir hissəsini də əldə edəcək.