Floridada Tramp-Rutte görüşü: Bu məsələ müzakirə EDİLDİ

ABŞ Prezidenti Donald Tramp və NATO-nun baş katibi Mark Rutte Floridada bir araya gələrək Ukraynada müharibənin dayandırılması və Rusiyanın fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparıblar.

Bu haqda "Reuters"ə istinadla xəbər verilir.

Tərəflər Rusiyanın münaqişənin daha da genişlənməsinə səbəb ola biləcək addımlardan çəkinməsinin və sülh razılaşmasının mümkün qədər tez əldə edilməsinin vacibliyini qeyd ediblər.