Qazax rayonunda evdə qazsızma nəticəsində partlayış olub.
APA-ya istinadla, hadisə rayonun Yuxarı Salahlı kəndində qeydə alınıb.
Kənd sakinləri, 1961-ci il təvəllüdlü M.Kəlayev və onun anası, 1939-cu il təvəllüdlü D.Kəlayeva yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Hər iki şəxsə tibbi yardım göstərilib. M.Kəlayevin vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.