Dünya birjalarında neft bahalaşıb: “Brent” 95 dolları ötüb

Londonun "ICE" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” markalı neftin 2026-cı ilin yanvar fyuçerslərinin qiyməti 0,7% artaraq 1 barel üçün 95,27 ABŞ dolları təşkil edib.

Eyni zamanda, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında 2026-cı ilin yanvar ayında tədarük ediləcək "WTI" markalı xam neftin 1 barelinin dəyəri 0,79% yüksələrək 84,34 ABŞ dollarına bərabər olub.