“Sabah”ın hücumçusu: “Barselona”ya iki-üç qol vura bilərdik

“Barselona”ya qarşı oynamaq hamımız üçün xüsusi idi. İlk hissədə yaxşı oyun nümayiş etdirdik və qol imkanlarımız oldu.

UEFA-nın rəsmi saytına istinadən, bu sözləri “Sabah”ın futbolçusu Coy-Lens Mikels Çempionlar Liqasının V turunda Bakıda “Barselona”ya 1:4 hesabı ilə məğlub olduqları oyun barədə danışarkən deyib.

“Top dirəyə dəydi və iki-üç qol vura bilərdik. Lakin “Barselona” kimi komandaya qarşı qol imkanlarından istifadə etməsən, onlar öz fürsətlərini dəyərləndirəcəklər. Aramızdakı ən böyük fərq də bu idi. “Barselona”ya qol vurduğum üçün çox xoşbəxtəm. Bununla belə, ikinci qol fürsətim də oldu və həmin epizodda fərqlənməli idim”, - hücumçu qeyd edib.